Gündəm / Cəmiyyət

Ordumuz bu gecə ağır zərbə endirdi - Ermənistandan etiraf

Ordumuz bu gecə ağır zərbə endirdi - Ermənistandan etiraf
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Azərbaycan ordusunun cəbhənin cənub istiqamətində erməni hərbi birləşmələrinə ağır zərbələr endirməsini Ermənistan Müdafiə Nazirliyi etiraf edib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, Ermənistan MN-nin yaydığı məlumatda Qubadlı rayonunun Xanlıq kəndi istiqamətində ağır döyüşlər getdiyi bildirilib.

"Faktiki olaraq bu, bizim üçün həlledici andır. Mən xalqımızı bu ağır sınağın öhdəsindən birlikdə gəlməyə çağırıram”, – deyə nazirliyin sözçüsü bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə ağır zərbələr endirildiyini açıqlayıb.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 "Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.

18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət "Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib.

Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Qazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirilib.