Gündəm / Cəmiyyət

Moldova Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı RƏSMİ REAKSİYA

Moldova Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı RƏSMİ REAKSİYA


 
 
 
 


Moldova hökuməti Dağlıq Qarabağdakı münaqişəyə ilk dəfə rəsmi reaksiya verib.
Bu barədə "eNews” xəbər yayıb.
Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tsulya azərbaycanlı həmkarı Ceyhun Bayramova Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb.
Eyni zamanda, o, ölkəsinin Azərbaycan dövlətinin ərazi bütövlüyünə dəstəyini dilə gətirib.
Tsulya bu hadisəni Dnestryanı bölgədəki vəziyyətə bənzədərək, Moldovanın dondurulmuş münaqişənin nə olduğunu hamıdan yaxşı bildiyini vurğulayıb. Nazir bu məsələlərin sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edib və beynəlxalq ictimaiyyətin səyləri sayəsində Ermənistanla Azərbaycan arasında silahlı toqquşmaların dayandırılacağına inandığını bildirib.