kanal14.az
kanal14.az

Düşmən ordumuzun cəbhədəki uğurlarını belə etiraf etdi

Düşmən ordumuzun cəbhədəki uğurlarını belə etiraf etdi
14-10-2020, 15:10 78 dəfə baxılıb

Düşmən ordumuzun cəbhədəki uğurlarını belə etiraf etdi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində özünü Qondarma Respublikanın "prezidenti” kimi təqdim edən Araik Arutyunyan Azərbaycan Silahlı Qüvvələrinin erməni mövqelərinə güclü zərbələr endirdiyini və cəbhə xəttinin bir neçə istiqamətində içərilərə doğru hərəkət etdiyini etiraf edib.

Kanal14.az "Qafqazinfo"a istinadən xəbər verir ki, Arutyunyan bu barədə yaydığı videomüraciətdə açıqlama verib.

"Bəzi bölgələrdə Azərbaycan cəbhə xəttini yarmağa və daha dərinə doğru hərəkət etməyə müvəffəq olub" , - deyə o qeyd edib.

 

Çarəsiz qaldığını açıq göstərən Arutyunyan xaricdə yaşayan erməni diasporası nümayəndələrini də Qarabağda döyüşlərə qoşulmağa çağırıb: "Eyni zamanda Ermənistandakı qardaşlarımızı çağırıram: Həlledici an gəldi, vətəni qorumaq üçün vaxt gəldi. Dəstəyiniz çox vacibdir, sizin burada fiziki varlığınızı və ölkənin müdafiəsində iştirakınızı gözləyirik".

Qeyd edək ki, Ermənistanda vəziyyət o yerə çatıb ki, işğalçı ölkə döyüşlərə 1-ci Qarabağ müharibəsi iştirakçılarını da məcburi cəlb edir. Bundan əvvəl isə Ermənistanda ordudan son 1 ildə tərxis olunmuş bütün hərbçilərin hərbi komissarlıqlara çağırıldığı məlum olmuşdu. Amma qanuna görə, son 1 ildə tərxis olunmuş çağırışçılar hərbi xidmətə yenidən cəlb oluna bilməz.

Bir neçə gün əvvəl sosial şəbəkədə yayılan videoların birində isə qondarma rejimin başçısının erməni əsgərlərini toplayaraq onları döyüşdən geri çəkilməməyə, dincələrək yenidən müharibəyə qayıtmağa çağırdığı görünürdü.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA