Foto

Qorxu filminə çəkildikdən sonra həyatları kabusa dönən aktyorlar - FOTOLAR

Bir vaxtların ən məşhur qorxu filmi "Polterqeys" haqda maraqlı faktlar ortaya çıxıb.

Kanal14.az Metbuat.az-a istinadən xəbər verir ki, ekran işini "Lənətlənmiş" adlandırırlar. Belə ki, aktyor və aktrisalar təkcə filmdə deyil, elə həyatda da gözlənilməz şəkildə dünyalarını dəyişiblər.
İlk qurban 22 yaşlı aktrisa Dominik Dann olub. Çəkilişlər bitməmiş Dominik sevgilisi tərəfindən öldürülüb. Sevgilisi aktrisanı yaşadığı evdə boğaraq qətlə yetirib.

 

Daha sonra filmin çəkilişlərinin bitməsinə az qalmış aktyor Culian Bek xərçəng xəstəliyindən dünyasını dəyişib. Rejissor son səhnələrdə Culiana bənzər aktyoru çəkmək məcburiyyətində qalıb.

Ekran işində hindli şaman obrazını canlandıran Uil Semsonun ölümü də qəfil baş verib. Belə ki, filmin təqdim edilməsindən bir neçə gün sonra Uil damar iltihabı diqnozu ilə əməliyyat olunub. Əməliyyat zamanı orqanizminə infeksiya düşən aktyor vəfat edib. Bildirilir ki, Semson yaşasaydı, bəlkə də, çox məşhur simalardan biri olacaqdı.

Əsərdə Filiqlər ailəsinin balaca qızı obrazını canlandıran Xezer Orurk "Polterqeys 3"ün təqdim etmə mərasiminə bir neçə gün qalmış infarktdan dünyasını dəyişib. Xezerin cəmi 12 yaşı olub.

Daha bir faciəvi hadisə isə filmin 3-cü hissənin çəkiliş meydançasında baş verib. Belə ki, qəfil yanğının olması bir neçə işçinin ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşməsinə səbəb olub.

Qeyd edək ki, "Polterqeys" ilk dəfə 1982-ci ildə çəkilib.
Qorxu filminə çəkildikdən sonra həyatları kabusa dönən aktyorlar - FOTOLARQorxu filminə çəkildikdən sonra həyatları kabusa dönən aktyorlar - FOTOLARQorxu filminə çəkildikdən sonra həyatları kabusa dönən aktyorlar - FOTOLARQorxu filminə çəkildikdən sonra həyatları kabusa dönən aktyorlar - FOTOLARQorxu filminə çəkildikdən sonra həyatları kabusa dönən aktyorlar - FOTOLAR