Dünya

Makronun İslam dini ilə bağlı çıxışına Ərdoğandan - Cavab

Makronun İslam dini ilə bağlı çıxışına Ərdoğandan

"Fransa Prezidenti Emmanuel Makronun müsəlmanların çoxluq təşkil etdiyi bir şəhərdə İslamın böhranda olduğunu deməsi açıq bir təxribatdır”.

"Qafqazinfo” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Milli Konqres və Mədəniyyət Mərkəzindəki çıxışında deyib.

 

"Əslində, Makron Fransa və fransız cəmiyyətinin böhranını gizlətmək istəyir. Bizə və inanclarımıza hörmətsizliyə heç vaxt dözə bilmərik. Xüsusilə, 3 günlük dünya həyatında haqqı fəda etmərik. Dövlət başçıları insanların müqəddəs saydığı mövzularda danışarkən diqqətli olmalıdırlar. Makronun da çox diqqəti olmağa ehtiyacı var. Bunu dəfələrlə ona bildirmişəm. "Bu işi bilmirsən” demişəm. İndi isə onun məsuliyyətli bir dövlət xadimi kimi davranmasını gözləyirik”,- deyə Ərdoğan qeyd edib.