Dünya / Səhiyyə

Ermənistanda bu günədək virusdan 984 nəfər ölüb

Ermənistanda bu günədək virusdan 984 nəfər ölüb

Ermənistanda sutka ərzində 7 nəfər COVID-19 səbəbilə həyatını itirib.

Kanal14.az bildirir ki, ölkədə bu günədək virusdan 984 nəfər ölüb.

Sutkalıq yoluxma sayı isə 181 olub. Ümumilikdə Ermənistanda 52 677 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 44 710 nəfər sağalıb. 6 983 nəfər isə aktiv virus daşıyıcısıdır.

Qeyd edək ki, Ermənistanda 308 019 koronavirus testi tətbiq olunub.