Dünya

Türklər Ermənistan sərhədində aksiyası keçirdi

Türkiyənin Ərzurum - Qars bölgəsində yerləşən İğdır şəhərində Ermənistana qarşı etiraz aksiyası keçirilib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, İğdır qeyri-hökumət təşkilatlarının nümayəndələri və Əsassız Erməni İddialarına qarşı Mübarizə Assosiasiyasının sədri Göksəl Gülbəy Ermənistan sərhədində yerləşən Əlican kəndində əllərində Azərbaycan və Türkiyə bayraqları ilə aksiya keçirib.

"İslam qeyri-hökumət təşkilatları olaraq Ermənistanın qanunsuz hücumunu pisləyirik. Ermənistan işğal etdiyi Qarabağ ərazisini 27 il müddətində tərk etməli olduğu halda, onu təqib edir. İşğalçılar ATƏT-in Minsk Qrupunun verdiyi qərarlara məhəl qoymur. Azərbaycanın tərəfindəyik”, - deyə Göksəl Gülbəy aksiya zamanı bildirib.