Dünya

Almaniya hərbi kəşfiyyat rəisi istefaya getdi

Almaniya hərbi kəşfiyyatının rəisi Kristof Qram vəzifəsindən istefa verib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı BBC televiziyası yayıb.

Qramın istefasına səbəb ultrasağçıların ordu sıralarına sızmasıyla bağlı hakimiyyətin bəyanatı olub. Hələlik onu kimin əvəzləyəcəyi açıqlanmayıb.

Qeyd edək ki, Almaniya hərbi kəşfiyyatı yanvar ayında orduda neonasistlərə simpatiya bəsləyən yüzlərlə hərbçinin olduğunu açıqlamışdı. Xüsusilə belə şəxslərin sayının KSK xüsusi təyinatlı dəstəsində olduğu bildirilmişdi.