kanal14.az
kanal14.az

İsraildə karantin iki həftəlik sərtləşdirilir

İsraildə karantin iki həftəlik sərtləşdirilir
24-09-2020, 17:10 46 dəfə baxılıb

İsraildə karantin iki həftəlik sərtləşdirilir
İsrail hökuməti bu gün bir həftə əvvəl koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantinin sentyabrın 25-dən etibarən iki həftəlik müddətə sərtləşdirilməsini təsdiqləyib.

Kanal14.az bildirir ki, bu barədə İsrailin "Kan” dövlət radiosu məlumat verib.
 

Bildirilib ki, sentyabrın 25-dən oktyabrın ikinci ongünlüyünə qədər yalnız ərzaq mağazaları və apteklər, eləcə də istehsal dövrü dayandırıla bilməyən sənaye müəssisələri işləyəcək. Etiraz aksiyaları və küçə duaları yalnız insanların yaşayış yerlərindən 1 km-dən çox olmayan məsafədə, 20 nəfərlik xüsusi "kapsulalarda” yerləşdikdə edilə bilər.

Karantinin sərtləşdirilməsi məsələsinin təsdiqlənməsi üçün bu gün Knessetə (ölkə parlamenti) təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, sentyabrın 18-də İsraildə bu il artıq ikinci karantin dövrü başlayıb. Birinci dövr mart-may aylarında qüvvədə olub, lakin əksər məhdudiyyətlərin ləğvindən sonra koronavirusa yoluxma hallarının sayında yenidən artım başlayıb. İyunun 6-da 160, iyulun 2-də təxminən 1 000, avqustun 5-də 2 000-dən çox, sentyabrın 17-də 6 000-dən çox, sentyabrın 23-də isə 7 000-ə yaxın yoluxma qeydə alınıb.
(Medicina.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA