Dünya

Bu ölkədə benzin mühərrikli avtomobillərin satışı QADAĞAN EDİLƏCƏK

Bu ölkədə benzin mühərrikli avtomobillərin satışı QADAĞAN EDİLƏCƏKABŞ-ın Kaliforniya ştatının hakimiyyət orqanları 2035-ci ildə benzin mühərrikli yeni avtomobillərin satışını qadağan edəcək.

Kanal14.az "Report"a itinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Qevin Nyusom bildirib.

 

"Bu, bizim ştatımızın iqlim dəyişikliklərinin nəticələri ilə mübarizə aparmaq üçün təşəbbüs edə biləcəyi ən əhəmiyyətli addımdır", - o qeyd edib. Qubernator xatırladıb ki, Kaliforniyada atmosferə karbon qazı tullantılarının yarıdan çoxu nəqliyyat vasitələrinin payına düşür.

"Uzun müddət uşaqlarımıza və yaxınlarımıza avtomobillərin işlənmiş qazının çirkləndirdiyi hava ilə nəfəs almalarına imkan verdik. Bizə uşaqlarda astma xəstəliyinin yaranmasına səbəb olmayan maşınlar lazımdır. Avtomobillərin işlənmiş qazları buzlaqların əriməsinə və okeanın səviyyəsinin qalxmasına səbəb olmamalıdır", - deyə o bildirib.

Kaliforniya Birləşmiş Ştatların ən böyük avtomobil bazarlarından biridir. ABŞ-da satılan avtomobillərin 11 faizi bu ştatın payına düşür.