Dünya

Rusiyadan Ermənistana pis sürpiz: “Birdən-birə...”

"Son iki-üç gündə Rusiyanın "Aeroflot” aviaşirkətinin İrəvandan uçuşlar üçün baha qiymətlər təklif etdiyi aydın olub”.

Kanal14.az bildirir ki, bunu Ermənistan baş nazirinin aviasiya məsələləri üzrə keçmiş müşaviri Akop Çaqaryan deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi birtərəfli biletlərin qiymətlərini birdən-birə 357.000 drama qədər artırıb:
"Bu, Ermənistanın aviasiya orqanlarının tam passiv fəaliyyətindən irəli gəlir. Şirkətlər bütün bazarı və ya seqmenti inhisara almağa yönəlib”.

(Teleqraf.com)