Dünya

Zurabişvili və Vaşadze Gürcüstanda keçirilən prezident seçkilərinin II turuna keçir - YENİLƏNİB

Zurabişvili və Vaşadze Gürcüstanda keçirilən prezident seçkilərinin II turuna keçir - YENİLƏNİB
 
 
 
 
 
 
 
 
 
 
 

 

 

 

 

 Ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili bülletenlərin 98,89%-nin hesablanmasından sonra 38,61% səs toplayıb.

Kanal14.az "report"-a istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Məlumata görə, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,72%-ni toplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir.

Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür.

Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və "Qirçi" Partiyasının namizədi Zurab Caparidze qərarlaşıb. Onların hər biri seçicilərin 2,26% səsini toplayıb.

Belə olan halda heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamamış olub.Müstəqil namizəd Salome Zurabişvili 40,05% səs toplayıb.

Kanal14.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının başçısı Tamara Jvaniya səslərin 13,8%-nin hesablanmasından sonra bildirib.

O həmçinin bildirib ki, müxalif namizəd Qriqol Vaşadze 37,93% səs toplayıb.

"İlkin rəsmi nəticələrə görə, 3705 seçki məntəqəsindən 512-nin bülletenlərinin hesablanmasından sonra salome Zurabişvili 65,8 min səs, Qriqol Vaşadze isə 62,4 min səs toplayıb", - deyə Tamara Jvaniya bildirib.

Qeyd edək ki, namizədlərdən ilk turda heç birinin 50%-dan çox səs toplamadığı halda, səsvermənin ikinci turu keçiriləcək.