Dünya

Zelenskidən türklərə təşəkkür

Zelenskidən türklərə təşəkkür

Ukraynanın dövlət başçısı Vladimir Zelenski adını açıqlamadığı Türkiyə şirkətinə təşəkkür edib.

Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Prezident Admistrasiyasının rəsmi feysbuk səhifəsində məlumat verilib.

 

Zelenski ölkənin qərbində baş verən daşqınlarda onlara kömək edən türk şirkətinə minnətdarlığını dilə gətirib: "Ukraynanı belə sevən, yardım edən bir Türkiyə şirkəti var, təşəkkür edirəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukraynada baş verən sel səbəbi ilə 3 nəfər dünyasını dəyişib, bölgədəki evlərə ziddi ziyan dəyib.