Dünya / Səhiyyə

Gürcüstanda daha 179 nəfər koronavirusa yoluxdu

Gürcüstanda daha 179 nəfər koronavirusa yoluxdu
Gürcüstanda son sutka ərzində koronavirusa 179 yeni yoluxma faktı qeydə alınıb, 10 pasiyent sağalıb.

Kanal14.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
 
Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulanların sayı 2 937-yə, sağalanların sayı isə 1 422-yə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19 təşkil edir.

Gürcüstan üzrə karantin zonalarında 6 633, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır