Dünya

Bir milyon britaniyalı “Brexit” üzrə yeni referendumun keçirilməsinə səs verib

Bir milyon britaniyalı “Brexit” üzrə yeni referendumun keçirilməsinə səs verib
 
 
 
 
 
 
 

Böyük Britaniyada bir milyondan çox insan ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı yeni referendumun keçirilməsi üzrə petisiyanı imzalayıb. Bu barədə "The Independent" nəşri yazıb.

Nəşrin xəbərinə görə, hazırda Böyük Britaniya hökuməti "Brexit" üzrə yeni referendumun keçirilməsinin əleyhinədir.

Qeyd olunur ki, petisiyanın yaradıcıları ölkə vətəndaşlarına Böyük Britaniyanın Aİ-dən çıxması məsələsində həlledici söz şansı verilməsini istəyir.