Dünya

Lukaşenko Belarusun daxili işlərinə qarışan ölkələrin adlarını açıqlayıb

Lukaşenko Belarusun daxili işlərinə qarışan ölkələrin adlarını açıqlayıb

Belarus prezidenti Aleksandr Lukaşenko Polşa, Çexiya, Litva və Ukraynanın respublikanın daxili işlərinə qarışdıqlarını və etiraz aksiyalarını idarə etdiklərini söyləyib.

Kanal14.az "Sputnik Belarus”a istinadən xəbər verir ki, dövlət başçısı xarici təsirin Belarusun vəziyyətinə böyük təsir göstərdiyini də vurğulayıb.

A.Lukaşenkonun sözlərinə görə, Belarus ünvanına yönələn hər bir "mənfi hərəkət”ə reaksiya göstərir. "Bizim üçün ən başlıcası, atəşin Minskdə alovlanmasının qarşısını almaqdır. Çünki hər zaman belə olur: alov paytaxtdan başlayaraq bütün ölkəyə yayılır”, – o deyib.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçki məntəqələri bağlandıqdan sonra respublikada nəticələrin saxtalaşdırılmasına qarşı icazəsiz etirazlar başlayıb. Etiraz aksiyaları zamanı polis və daxili qoşunlar nümayişçilərə qarşı gözyaşardıcı qaz, səsli qumbara və rezin güllələrdən istifadə edir.

Ardından ölkənin ən böyük sənaye müəssisələrində etiraz tətili başlayıb, işçilər yeni seçkilərin keçirilməsini və nümayişlərdə nümayişçilərə qarşı sərt davranışa son qoyulmasını tələb ediblər. Müxalifət namizədlərinin hamısının qərargahı seçkinin nəticələrini tanımadıqlarını açıqlayıb.

Latviya, Litva və Estoniyada prezident seçkilərindən sonra yaranmış vəziyyətə görə Lukaşenko və digər 29 məmurun ölkəyə girişinə qadağa qoyulub.

DOSYE.ORG