Dünya

Poroşenko Ukraynanın sabiq prezidentlərini bir yerə yığdı və...

Poroşenko Ukraynanın sabiq prezidentlərini bir yerə yığdı və...
 
 
 
 
 
 
 
 

Ukraynanın dövlət başçısı Petro Poroşenko sabiq prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko ilə ölkənin inkişaf perspektivlərini müzakirə edib.

 Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, P.Poroşenko hər üç prezidentin müxtəlif illərdə dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirib.

Müzakirələrdən sonra P.Poroşenko sabiq prezidentləri "Ukraynanın 25 illik müstəqilliyi” yubiley medalı ilə təltif edib./Virtualaz.org