Dünya

Trampın namizədliyi rəsmən təsdiqləndi

Trampın namizədliyi rəsmən təsdiqləndi

ABŞ-ın respublikaçılar partiyası rəsmi olaraq Donald Trampı ikinci prezidentlik müddəti üçün namizəd kimi təsdiqləyib.

Kanal14.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı səsvermə canlı efirdə aparılıb. Tramp namizədliyi üçün lazım olan 1276 nümayəndənin səsini toplaya bilib.

Bu prosedur, bununla belə, formal xarakter daşıyır. Belə ki, Tramp ciddi rəqabət olmadığı təqdirdə bütün praymerizlərdə qalib gəlib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Trampın əsas rəqibi demokrat Co Baydendir.