Dünya

Navalnı Rusiyadan çıxarıldı

Rusiyalı məşhur bloger, iki gün öncə zəhərlənən Aleksey Navalnı Almaniyaya aparılıb.

Kanal14.az bildirir ki, bu məlumatı Navalnının regional qərargahlarının rəhbəri Leonid Volkov deyib. O, Navalnını aparan təyyarənin bu gün səhər saatlarında ölkəni tərk etdiyini bildirib.

Qeyd edək ki, bundan öncə Almaniya Navalnını ölkəyə gətirəcək xüsusi təyyarəni Rusiyanın Omsk şəhərinə göndərmişdi.

(Axar.az)