kanal14.az
kanal14.az

Lukaşenko xalqa təcili müraciət hazırlayır - Yenilənib

Lukaşenko xalqa təcili müraciət hazırlayır - Yenilənib
14-08-2020, 10:17 138 dəfə baxılıb

Lukaşenko xalqa təcili müraciət hazırlayır

Belarus Prezidenti Aleksandr Lukaşenko etirazların gedişində bütün saxlanılma faktlarını araşdırmağı tapşırıb.

Mumtv.az "Sputnik Belarus”un teleqram kanalına istinadən xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının spikeri Natalya Koçanova "Belarus 1"in efirində bildirib.

Onun sözlərinə görə, dövlət başçısı "əmək kollektivlərinin fikrini eşidib” və bu istiqamətdə işlərin görülməsinə çağırıb. "Artıq bu gün axşam icazəsiz tədbirlərdə iştirak etməmək öhdəliyi ilə mindən artıq insan buraxılıb” - deyə parlamentin spikeri bildirib və əlavə edib ki, Belarusa "dava və müharibə” lazım deyil.

Qeyd edək ki, nümayişçilər avqustun 9-da, prezident seçkilərinin keçirildiyi vaxt, respublika şəhərlərinin küçələrinə çıxıb. Bazar günündən etibarən icazəsiz aksiyalar davam edir, lakin onlar güc strukturları tərəfindən sərt şəkildə yatırılır. Etirazçılara qarşı hüquq-mühafizə orqanları gözyaşardıcı qaz, su şırnağı, işıq qumbarası və rezin güllələrdən istifadə edirlər. Respublika DİN-in məlumatına görə, iğtişaşlar zamanı bir nəfər həlak olub. 

***

Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa təcili müraciət hazırlayır.

"Qafqazinfo” bildirir ki, bu barədə "Kommersant FM” radiostansiyası dövlət başçısının mətbuat katibi Natalya Eysmonta istinadən tvitterdə yazıb.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA