Dünya

Livanda 3-cü nazir də istefa verdi

Livanın Ədalət naziri Mari Kloud Nəcm vəzifəsindən istefa verib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, nazir artıq istefa ərizəsini ölkənin Baş naziri Həsən Diyaba təqdim edib.

Bildirilir ki, Mari Kloud Nəcm İnformasiya naziri Manal Abdel Səməd və Ətraf Mühit və Administrativ İnkişaf naziri Damianos Katardan sonra istefa verən 3-cü nazir olub.