Dünya

Dünya liderləri bir araya toplanır – Bölgədə kritik gəlişmə

Avqustun 4-də güclü partlayışın baş verdiyi Beyrutdakı vəziyyətlə əlaqədar ABŞ, Fransa, Livan və digər ölkə liderlərinin onlayn görüşü sabah baş tutacaq.

Kanal14.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

"Bazar günü Makron, Livan və dünyanın digər liderləri ilə bir onlayn konfrans keçirəcəyik. Hər kəs kömək etmək istəyir”, - Tramp deyib.

Amerika prezidenti ayrıca, ABŞ-dan Livana humanitar yardım və mütəxəssisləri aparan üç təyyarənin göndərildiyini də söyləyib.