Dünya / Mədəniyyət

Britaniyalı rok musiqiçisi vəfat etdi

Britaniyalı rok musiqiçisi vəfat etdi - VİDEO

Məşhur "Game of love” hitinin ifaçısı, britaniyalı rok musiqiçisi Ueyn Fontana vəfat edib.

Kanal14.az NME-ə istinadən xəbər verir ki, 74 yaşlı sənətçi İngiltərənin Stokport şəhərində xəstəxanalardan birində həyatını itirib.

 
Onun ölüm səbəbi hələlik məlum deyil.

O, sözügedən kompozisiyanı ilk dəfə 1965-ci ildə "The Mindbenders” qrupu ilə birlikdə ifa edib.

Beş albom buraxan müğənninin növbəti hitə çevrilən mahnısı "Pamela, Pamela” olub.