Dünya

ABŞ Suriyada ən böyük bazasını tikir

ABŞ rəhbərliyi Suriyanın şimal-şərqində içində hava limanı da olan böyük hərbi baza inşa edir.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, Hasəkənin Şəddadi qəsəbəsində inşa edilən baza artıq yekunlaşmaq üzrədir.

"Bu, ABŞ ordusunun Suriyadakı ən böyük bazası olacaq. Bu çərçivədə ABŞ Hasəkə ilə Deyr-əz-Zor rayonları da daxil olmaqla, böyük bir əraziyə nəzarət edə biləcək. Buraya bölgədəki neft yataqları da daxildir. 2019-cu illə müqayisədə "Şəddadi” bazasında ABŞ hərbçilərinin sayı 2 dəfədən çox artırılıb”, - deyə məlumatda bildirilib.