Dünya / Səhiyyə

İranda hər 7 dəqiqədə bir nəfər koronavirusdan ölür

İranda hər 7 dəqiqədə bir nəfər koronavirusdan ölür

Dünyada koronavirusa yoluxanların sayı 18.4 milyonu keçib.

 

Kanal14.az bildirir ki, təkcə qonşu ölkə İranda hər 7 dəqiqədə bir nəfər virus səbəbilə həyatını itirir. Son sutka ərzində ölkədə 215 nəfər koronavirus dan ölüb.

İran Səhiyyə Nazirliyinin məlumatına görə, bugünədək ölənlərin sayı 17 min 405 nəfərə çatıb. Yoluxanların sayı isə 2 min 598 nəfər artaraq 312 min 35 nəfər olub.