Dünya

Ankaradan ABŞ-ın ikinci adamına sərt cavab – Ayasofya gərginliyi

 
Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç ABŞ-ın I vitse-prezidenti Mayk Pensin Ayasofya məscidi ilə bağlı açıqlamasına cavab verib.
Kanal14.az bildirir ki, türk diplomat Ayasofyanın dinindən asılı olmayaraq, Ayasofyanın bütün insanların üzünə açıq olacağını bildirib.
"Ayasofya bütün inanclılar üçün açıq qalacaq. Son 500 ildə olduğu kimi, bütün tarixi mozaykalar qorunacaq”, - Kılıç deyib.
Səfir Yunanıstan baş yepiskopu ilə görüşən Pensə maraqlı sual da ünvanlayıb: "Baş yepiskop Elpidifor eyni fikirləri Yunanıstandakı Osmanlı müsəlmanlarının mirası üçün deyə bilərmi?”.
Pens isə məsələ ilə əlaqədar açıqlamasında bunları söyləyib: "Baş yepiskop Elpidifora dediyim kimi, ABŞ Ayasofyanın bütün inanclılar üçün çatıla bilən qalması məsələsində Yunanıstan Pravoslav Kilsəsinin yanında dayanır".
(Teleqraf.com)