Dünya / Səhiyyə

İranda koronavirusdan ölənlərin sayı 15 mini ötüb

 İranda koronavirusdan ölənlərin sayı 15 mini ötüb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 221 nəfər vəfat edib.

Kanal14.az APA-nın Tehran bürosunun məlumatına əsasən bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 15 074 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 2 621 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 284 034 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 247 230 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 667 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.