Dünya

Lukaşenko: Belarusda siyasi pandemiya başladı

Belarusdakı seçki kampaniyası fonunda siyasi pandemiya başlayıb, amma insanlar bununla əlaqədar çətinlikləri hiss etməməlidirlər.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O, seçki kampaniyası fonunda məmurların insanlar üçün vacib olan məsələləri nəzərdən qaçırmamalı olduğunu bildirib:

"Seçki kampaniyası bitəcək, siyasi proseslərin dərəcəsi azalacaq və iqtisadiyyat ictimai diqqət mərkəzinə düşəcək. O, indi də heç yerə itmir”.

Qeyd edək ki, Belarusda prezident seçkisi 9 avqustda keçiriləcək.