Dünya

BƏƏ Marsa peyk göndərdi

BƏƏ Marsa peyk göndərdi

Birləşmiş Ərəb Əmirlikləri Mars planetinə müşahidə peyki göndərib. 

Kanal14.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mars missiyası çərçivəsində inkişaf etdirilən peyk, Yaponiyanın "Taneqaşima” Kosmik Mərkəzindəki kosmodromdan müvəffəqiyyətlə fəzaya buraxılıb. 
Marsa 200 gün ərzində çatması gözlənilən "Hope" (Ümid) adlı 1,3 tonluq müşahidə peyki, hava ve iqlim dəyişikliyi üzərində tədqiqatlar aparmağa kömək edəcək.

"Bu, BƏƏ-nin dünyaya hədiyyəsidir və ərəb dünyasıyla BƏƏ-nin böyük uğurlar qazanmaq potensialına sahib olduğunun göstəricisidir",-deyə BƏƏ-nin Təhsil Naziri Hüseyni Bin İbrahim Əl Hammadi Peykin fəzaya buraxılmasından əvvəl çıxışında bildirib.

 

Peykin müvəffəqiyyətlə hədəfə çatacağı təqdirdə, BƏƏ Marsa peyk göndərən ilk ərəb ölkəsi olacaq.