Dünya / Səhiyyə

Ermənistanda bir sutkada koronadan 8 nəfər öldü

Ermənistanda son sutka ərzində koronavirusa 339 nəfər yoluxub.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 32490-a çatıb.

Son sutka ərzində koronavirusdan ölənlərin sayı daha 8 nəfər artaraq, 581-ə yüksəlib.