Dünya / Səhiyyə

ABŞ koronavirus vaksininin istehsalına başlayır

ABŞ koronavirus vaksininin istehsalına başlayır

ABŞ əczaçılıq şirkətləri yayın sonunadək koronavirus vaksininin istehsalına başlamağı planlaşdırır.

Kanal14.az "Qafqazinfo"a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Prezidenti Donald Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat verib. "Peyvənd materiallarının istehsalına nə vaxt başlanacaq? Yəqin ki, dörd-altı həftədən sonra. Biz yayın sonuna qədər peyvəndi fəal şəkildə istehsal etməyə başlayacağıq",-deyə administrasiyanın nümayəndəsi bildirib. Onun sözlərinə görə, artıq lazımi avadanlıq və materiallar alınır, həmçinin istehsal üçün ərazi axtarışları davam etdirilir.

Bununla yanaşı, administrasiyadan bildirilib ki, 2021-ci ilin əvvəlinə kimi ABŞ 300 milyon doza peyvənd istehsal etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ-da koronavirus üçün dörd peyvəndin klinik sınaqlarına başlanılıb.