Dünya / Səhiyyə

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı

Ermənistanda koronavirus pandemiyası səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi avqustun 12-nə qədər uzadılıb.

Kanal14.az "Qafqazinfo”a istinadən xəbər verir ki, qərar Ermənistan hökumətinin bu gün keçirilən iclası zamanı verilib. Hökumətin açıqlamasında qeyd olunduğu kimi, qərar ölkədəki epidemioloji vəziyyət əsasında qəbul edilib. Belə ki, ölkədə yoluxma hallarının sayı sürətlə artmaqda davam edir.

Qeyd edək ki, Ermənistanda martın 16-dan etibarən tətbiq olunan  fövqəladə vəziyyət rejimi sonuncu dəfə iyulun 13-nə qədər uzadılmışdı.