Dünya

Bu türk ölkəsi daxili sərnişin daşımalarını dayandırdı

Özbəkistan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə iyulun 13-dən etibarən ölkədaxili sərnişin daşımalarını dayandırır.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat katibi Novruz Aşurmatov məlumat yayıb.

"İyulun 13-dən etibarən Özbəkistanda hava və dəmiryol reysləri dayandırılır. Bu gündən etibarən isə regionlararası avtobus reysləri məhdudlaşdırılır. Yalnız vətəndaşların karantin zonalarından çıxarılması üçün avtobuslar işləyəcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Özbəkistanda karantin rejimi iyulun 10-dan avqustun 1-dək uzadılıb.