Dünya

İsrail kosmosa casus peyk göndərdi

İsrail kosmosa casus peyk göndərdi






 
 
 
 






İsrail hökuməti təhlükəsizlik səbəbilə kosmosa yeni casus peyk göndərdiklərini açıqlayıb.
Dogruxeber.com "Jpost”a istinadla xəbər verir ki, İsrail bu gün səhər saatlarında kosmosa "Ofek 16” adlı casus peyk göndərib. Casus peykin İsrail xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat xarakterli istifadə ediləcəyi bildirilib.  İsrailin Müdafiə naziri Beni Qants verdiyi açıqlamada bildirib ki, peyk artıq məlumat ötürməyə başlayıb: "Casus peyk vasitəsilə İsrailə qarşı təhdid olan bütün yerlər izlənəcək. İranın kosmik layihələri son illərdə uğursuzluqlara düçar olsa da onları izləməliyik”.
Qeyd edək ki, İsrail kosmik çalışmalarında görə, dünyada ən güclü 13 ölkədən biridir. Həmin ölkələr, ABŞ, İtaliya, Fransa, Yaponiya, Hindistan, İngiltərə, Ukrayna, Çin, Rusiya, İran, Şimali Koreya, Cənubi Koreya və İsraildir.  Casus peykin gələn həftədən etibarən şəkil göndərəcəyi bildirilib.