Dünya

Böyük Britaniyada avtomobil satışlarının azalma dinamikası yavaşlayıb

Böyük Britaniyada avtomobil satışlarının azalma dinamikası yavaşlayıb

İyun ayında Böyük Britaniyada yeni avtomobillərin satışı illik müqayisədə 1/3 azalaraq təxminən 145 min ədəd təşkil edib.

Kanal14.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, COVID-19 pandemiyası ilə bağlı karantin, təcrid və digər preventiv tədbirlərin aradan qaldırılması bazara müsbət təsir edib. Belə ki, illik müqayisədə martda, apreldə və mayda avtomobil satışları müvafiq olaraq 44%, 97% və 89% azalmışdısa, iyunda mənfi dinamika yavaşlayıb.

Lakin ölkədə bütün avtomobil zavodları açılmayıb və istehsalçıların çoxu tələb və təklifi tarazlaşdırmağa çalışdıqları üçün qısaldılmış iş rejimində çalışır.