Dünya

"Taliban" rəsmisi ABŞ-a etiraz etdi

Kanal14.az Eastnews.org-un verdiyi xəbərə görə bildirir ki, Əfqanıstanın "Taliban" qruplaşmasının mətbuat katibi Zabihullah Mücahid ABŞ-ın son iddialarına münasibət bildirib.

Zəbihullah Mücahid açıqlamasında vurğulayıb ki, ABŞ Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi son hesabat sülh prosesinə zərbə vurur.

"Bu hesabat yalandır və saxtadır. Bizim məqsədimiz hələ də cəmiyyətdə sabitliyi təmin etməkdir", - deyə Zəbihullah Mücahid diqqətə çatdırıb.

O, qeyd edib ki, ABŞ Qətərdə əldə olunan razılaşmaya tam olaraq bağlı qalmalıdır.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi Konqresə təqdim etdiyi hesabatda "əl-Qaidə" və "Taliban" arasında hələ də əlaqələrin mövcud olduğunu iddia etmişdi.