Dünya / Səhiyyə

Çexiyada 2 aydan sonra rekord yoluxma

Çexiyada 2 aydan sonra rekord yoluxma
Çexiyada ötən gün ərzində daha 118 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Kanal14.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Səhiyyə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Bildirilib ki, bu, 21 apreldən sonra ölkədə qeydə alınan ən yüksək gündəlik yoluxma sayıdır.

"Cümə axşamı daha 118 nəfərdə koronavirus aşkarlanıb. Sonuncu dəfə belə yüksək göstərici aprelin 21-də qeydə alınıb. Son günlərdə yoluxma hallarının gündəlik artımı təqribən 50 nəfər ətrafında idi. Hazırda ölkə üzrə xəstəliyin episentri Praqa şəhəri və respublikanın şimal-şərqindəki Karvinski rayonu hesab olunur",-deyə açıqlamada qeyd olunub.

Ümumilikdə ölkə üzrə bu günə qədər 10 280 koronavirusa yoluxma faktı aşkarlanıb. Onlardan 7440 pasiyent müalicə olunaraq sağalıb, 334 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.