Dünya

Dünya ölkələri daxili reysləri ucuzlaşdırdı

Dünyadakı hava yolları daxili tarifləri azaltmağa başlayıb.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesablamalarına görə onlar orta hesabla 23% azalıb.

Bu barədə "RİA Novosti” Rusiya Tur operatorları Birliyinə (ATOR) istinadən xəbər verir.

IATA-nın məlumatına görə, aprel ayı ilə müqayisədə, COVID-19 pandemiyası səbəbindən hava hərəkəti demək olar ki, tamamilə dayandırıldığı zaman, may ayında dünyada daxili sərnişin axını 30% artıb.

"Google”un hava səyahət axtarışları aprel ayı ilə müqayisədə may ayının sonunda 25% artıb.

IATA baş iqtisadçısı Brayn Pirs qeyd edib ki, aviaşirkətlər böhran səbəbindən pula ehtiyac duyurlar və aşağı tariflər təklif edərək sərnişin tələbini stimullaşdırmaq istəyirlər.