Dünya / Səhiyyə

ABŞ-da yoluxanların sayı 2 milyonu ötdü

ABŞ-da yoluxanların sayı 2 milyonu ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı 2 007 449-a çatıb.

Kanal14.az bildirir ki, son sutka ərzində ölkədə 18 905 nəfər COVID-19-a yoluxub, 373 nəfər isə dünyasını dəyişib. Birləşmiş Ştatlarda indiyədək pandemiyadan 112 469 ölüm faktı qeydə alınıb. Ümumilikdə 761 708 pasiyent isə müalicə olunaraq sağalıb.

 

Nyu-York ştatı isə yoluxma və ölüm hallarına görə ölkədə birinci yerdə qərarlaşıb. Ştatda bu günə qədər 398 828 yoluxma faktı qeydə alınıb, 30 442 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

(Qafqazinfo.az)