Dünya

ABŞ-dan şok: Haftar üçün saxta pulu kim çap edib?

Rusiyanın "Qoznak” dövlət müəssisəsi 1,1 milyard dollar dəyərində saxta Liviya pulu çap edib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb. Dövlət Departamenti pulların hazırlanması üçün sifarişin "qeyri-legitim instansiya"dan gəldiyini bildirib.

Saxta Liviya pulları Malta təhlükəsizlik orqanları tərəfindən aşkarlanıb.

Bəyanatda ABŞ ölkədə yeganə legitim bank kimi Tripolidəki Mərkəzi Bankı tanıdığını qeyd edib:

"Rusiyada çap edilən saxta Liviya valyutası ölkənin iqtisadi problemlərini dərinləşdirib. Rusiya Liviyadakı situasiyanı destabilizasiya etməkdən imtina etməlidir”.