Dünya

Qaradərilini öldürən polisin xanımından gözlənilməz addım

ABŞ-ın Minneapolis şəhərində Corc Floydun ölümünə səbəb olan polis Derek Şovenin həyat yoldaşı boşanmaq üçün məhkəməyə müraciət edib.

Kanal14.az "Anadolu”agentliyinə istinadən xəbər verir ki, Kelli Şoven boşanma qərarını həyat yoldaşı həbs olunduqdan sonra açıqlayıb. Vəkil açıqlamasında vurğulayıb ki, Kelli Şoven Floydun ölümündən çox məyus olub və onun ailəsinin kədərinə şərikdir. Buna görə də xanım həyat yoldaşından boşanmağa qərar verib.

Belə ki, Kellinin bu evlilikdən övladı olmasa da, övladlarının, valideynlərinin və ailəsinə yaxın olan insanların təhlükəsizliyinin təmin olunmasını və məhrəmiyyətin qorunmasını istəyib. Kelli Şovenin bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən dəstəklənib.
Hətta amerikalı müsəlman fəal Linda Sarsor, öz "Twitter” hesabında məsələyə belə reaksiya verib:
 "Derek Şovenin həyat yoldaşı Kelli Şoven yoldaşından boşandığını açıqlayıb.  Deyəcəyimiz odur ki, siz də ailənizdə irqi ayrı-seçkilik edən insandan boşanın. Onun kimisə öldürməsini gözləməyin. Öz ayaqlarınız üzərində dayanın”.
Qeyd edək ki, etirazçılar Floydun ölümünə səbəb olan polislərin hamısına ağır cəza verilməsini və polis zorakılığının dayandırlmasını tələb edir.