Dünya / Səhiyyə

Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçdi

Dünyada yeni tip koronavirusa (COVID-19) yoluxanların sayı 6 milyon 22 min 2-ə çatıb.

Kanal14.az "Worldometer”ə istinadən xəbər verir ki, yeni növ koronavirus ən çox ABŞ-da yayılıb, bu ölkədə 1 milyon 792 min 537 nəfər COVID-19-a yoluxub.

ABŞ-dan sonra koronavirusun ən çox yayıldığı ölkələr sıra ilə Braziliya (466 min 200), Rusiya (387 min 623), İspaniya (285 min 644), İngiltərə (271 min 222), İtaliya (232 min 248), Fransa (186 min 835). ), Almaniya (183 min 19) və Hindistan (173 min 491) olaraq qeyd olunur.

Türkiyədə yoluxanların sayı 162 min 120-yə çatıb.

Worldometer”də koronavirusa yoluxanların sayı 50 mini keçən digər ölkələr belə sıralanır:

"Peru (148 min 285), İran (146 min 668), Çili (90 min 638), Kanada (89 min 390), Çin (82 min 995), Səudiyyə Ərəbistanı (81 min 766), Meksika (81 min 400) , Pakistan (64 min 28), Belçika (58 min 61) və Qətər (52 min 907)".

Çinin Uhan şəhərində meydana gələn COVID-19 200-dən çox ölkə və bölgəyə yayılıb.

Dünyada COVİD-19 səbəbiylə 366 min 350 insan ölüb.

Virusa yoluxan 2 milyon 655 min 374 nəfər sağalsa da, 3 milyon 278 aktiv koronavirus xəstəsinin müalicəsi davam edir.