Dünya / Səhiyyə

Bu ölkə ölüm sayına görə Çini ötdü

Hindistan yeni tip koronavirusdan ölüm sayına görə Çini keçib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bu günə kimi Hindistanda pandemiyadan 4 min 711 nəfər həyatını itirib. Çində isə bu rəqəm 4 min 634-dür.

Qeyd edək ki, Hindistanda sutka ərzində 7 min 466 nəfər yeni tip koronavirusa yoluxub, 175 insan isə ölüb. Ümumilikdə isə ölkə üzrə 165 min 799 nəfər pandemiya daşıyıcısıdır.