Dünya

Britaniya hökumətində qalmaqal: Nazir istefa verdi

Böyük Britaniyanın Dövlət naziri Duqlas Ross istefa verib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, buna səbəb Baş nazir Boris Consonun müşaviri Dominik Kamminqsin karantin qaydalarını pozması və istefa verməyəcəyini açıqlaması olub.

Əməlindən peşman olmadığını açıqlayan D.Kamminqsi Boris Consonun müdafiə etməsi də qalmaqala səbəb olub.

Nazir Duqlas Ross da Consonun müşavirini vəzifədən uzaqlaşdırmadığına reaksiya göstərərək özü istefa verib.