Dünya

Ukraynada karantin rejimi belə YUMUŞALDILDI

Ukraynada karantin rejimi belə YUMUŞALDILDI

Ukrayna bəzi ölkələrlə sərhədlərin açılacağını, təhsil və təlim sisteminin yenidən başlayacağını açıqlayıb.

Kanal14.az xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmigal ölkə daxilində karantin tədbirlərinin yumuşaldılması istiqamətində atılan addımlar nəticəsində "Polşa, Slovakiya, Macarıstan, Moldova və Rumıniya ilə 66 sərhəd qapısı yenidən fəaliyyətə başlayacağını" deyib.

 

Karantin tətbiqinə dair açıqlama verən Kiyev Bələdiyyə sədri Vitaliy Kliçko 1 iyun tarixində ibtidai, orta və liseylərdə təhsilin bərpa ediləcəyini, idman zallarının və çimərliklərin açılacağını bildirib.

Qeyd edək ki, Ukrayna Səhiyyə Nazirliyinin verdiyi son açıqlamalara görə, ölkədə koronavirusu hallarının sayı 19 min 706, həyatını itirənlərin sayı isə 579-a çatıb.(Sonxeber.az)