Dünya / Səhiyyə

Rusiyada koronavirusa yoluxanların sayı 300 minə yaxınlaşır

Rusiyada son bir gündə daha 9 263 nəfərə koronavirus diaqnozu qoyulub və bununla infeksiyaya yoluxanların sayı 299 941 nəfərə çatıb.

Kanal14.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Virusdan ölənlərin sayı isə 115 nəfər artaraq 2 837-yə yüksəlib.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 545.

Xəstəlikdən sağalanların sayı 76 130 nəfərdir.

Yeri gəlmişkən, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.