Dünya / Təhsil

Gürcüstan hökuməti tədris ili ilə bağlı qərar verdi

Gürcüstanda 2019-2020-ci dərs ili bərpa olunmayacaq.

Kanal14.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, tədris prosesi distant formada aparılır.

Baş nazir qeyd edib ki, 12-ci sinid şagirdləri üçün dərs ili mayın 20-də, birinci siniflər üçün isə mayın 27-də başa çatacaq: "Digər şagirdlər dərs ilini iyunun 15-də başa vuracaq. Ali məktəblərə qəbul imtahanları isə adi rejimdə keçiriləcək və tarixlər iyunda elan ediləcək”.(Hurriyet.org)