Dünya

Bu qadınlar mənə səs verməsin - Bayden

Seksual zorakılıqla bağlı mənə qarşı irəli sürülən iddialara inanan bütün qadınları mənə səs verməməyə çağırıram.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti, bu il keçiriləcək prezident seçkilərində namizəd olan Cozef Bayden deyib.

Qeyd edək ki, senator işlədiyi dövrdə onun köməkçisi işləmiş qadın 2017-ci ildə Bayden tərəfindən seksual zorakılığa məruz qaldığını açıqlamışdı. Bayden bu iddiaları təkzib etmişdi.

Bayden 2009-2017-ci illərdə ABŞ-ın vitse-prezidenti olub.