Dünya

İran karantindən çıxır

Karantin vəziyyəti bir qədər sadələşdirilsə də, təhlükəsizlik tədbirləri nəzarətdədirİranda bir aylıq karantin rejimindən sonra yavaş-yavaş ictimai məkanlar açılmağa başlayıb.Kanal14.az İran mətbuatına əsasən xəbər verir ki, artıq paytaxt Tehranda və bir neçə vilayətində parklar, uşaq əyləncə məkanların uzun fasilədən sonra fəaliyyətə başlayıb.Bu məkanların gündə 3 dəfə dezinfeksiya olunacağı deyilir.Məlumatda bildirilir ki, bu barədə İranın Daxili İşlər nazirinin köməkçisi Hüseyn Zülfüqar Koronavirusla bağlı Mübarizə Qurumunun qərarını ictimaiyyətə bəyan edib. Onun dediyinə görə, hökumət belə qərara gəlib ki, getdikcə karantin vəziyyəti yumşaldılsın.H.Zülfüqar qeyd edib ki, karantin vəziyyəti bir qədər sadələşdirilsə də, təhlükəsizlik tədbirləri, o cümlədən sosial məsafə məsələsi nəzarətdədir.Qeyd edək ki, İranda son bir həftədir virusa yoluxanların sayında azalma müşahidə olunur. Amma gündəlik həyatını itirənlərin sayı, təqribən, 100 nəfərə qədərdir. Ölkədə virus qurbanlarının sayı 5 min nəfəri keçib, yoluxma faktı isə 86 mindən çoxdur.Ayna.az