Dünya

Flippin prezidentinə - toxunmaq qadağan olundu

Flippin prezidentinə toxunmaq qadağan olundu
Filippin prezidenti Rodriqo Duterteyə toxunmaq qadağan olunub.
Kanal14.az bildirir ki, bu addım prezidentin yeni koronavirusa yoluxmasının qarşısını almaq məqsədi daşıyır.

Bildirilir ki, artıq yüksək çinli məmurlar da daxil olmaqla hər bir kəsin prezidentə toxunması qadağan olunur. Tədbirlərdə ona yaxınlaşacaq şəxslər isə ciddi koronavirus yoxlanışından keçiriləcək.

Qeyd edək ki, Flippində indiyə qədər 10 nəfər yeni koronavirusa yoluxub və onlardan biri ölüb.